Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Yurdumuza bahar gəlir

0

  • Bahar - bol ruzili, xoş əhval-
    ruhiyeli, güllü - çiçəkli, gözəlliklər fəsli. Bahar gələndə təbiətdə çox böyük dəyişikliklər
    baş verir. Bahar gələndə təbiət canlanır, günlər uzanmağa başlayır, torpaq
    isinir, ağaclar oyanır, ilk yarpaqlar, ilk çiçəklər təbiəti bəzəyir. Bəzi
    heyvanlar qış yuxusundan ayılır. Köçüb getmiş quşlar geri dönür. İnsanlar bu
    zaman əkin-biçinə hazırlaşırlar. Ona görə də ulularımız çox qədim zamanlardan
    baharın ilk gününü yeni ilin başlanğıcı kimi bayram şənlikləri ilə
    qarşılayırlar. Bu bahar bayramı adlanır.

    Novruz "yeni gün" deməkdir. Xalq şaxtadan, soyuqdan, qışın əziyyətindən
    qurtulmasının ilk gününü bayram edir. Bəzi Şərq xalqlarında bu bayram həm də
    Yeni il bayramı kimi qeyd olunur.

    Novruz səmimiyyət bayramı, xoş arzular bayramıdır. Novruza hələ bir ay
    qalmış xalq bayrama hazırlaşır. El arasında həmin bu aya Novruz ayı deyillər. Bu
    ayın dörd çərşənbəsinin hər biri insanların yaşaması, bütün həyatın varlığı
    üçün vacib olan dörd ünsürdən birinə - oda, torpağa, suya və havaya (küləyə) həsr
    olunur. Bunun özü də onu göstərir ki, Novruz bayramı dünyanın ən qədim, ən müdrik
    bayramlarından biridir.

    Novruzda növbənöv bayram şirniyyatı bişir, xonçalar bəzədilir. Səməni öz yaşıl qaməti ilə evlərin bəzəyinə
    çevrilir.Səməni yaşıllıq, bolluq deməkdir. Səməni təbiətin canlanmasına, çöllərin
    yaşıllığa qərq olmasına, ağacların yarpaq açmasına, gələcək bolluğa, firavanlığa
    işarədir. Səməni həm də ən əziz bayram yeməyinin adıdır. Səməni halvası müqəddəs
    yemək sayılır. O əziz yemək kimi bayram sovqatı kimi qohum - əqrabalara, qonum
    qonşuya kimsəsizlərə paylanır.Qapıya papaq atanlara pay verilir, hamı
    sevindirilir, küsənlər barışır,insanlar deyir, gülür şənlik edir, bir- birinə xoş
    günlər arzulayırlar. Novruz bayramı Şimal yarım kürəsində astronomik yazın
    başlandığı gecə - gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22 -sində)
    keçirilir. Minilliklər içərisindən keçib gələn bu qədim el bayramı tarixi boyu
    qadağalara və təqiblərə məruz qalsa da öz gözəlliyini indidə saxlayır. Novruz
    Azerbaycan xalqının zəngin Maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini
    özündə cəmləşdirən böyük mədəniyyət hadisəsidir. Müasir dövrümüz üçün bu bir
    milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim
    mənəvi köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük.

    Novruz milli taleyimizdəki yerini, müstəqilik
    əldə etmiş gənc Azerbaycan Respublikasının dövlət quruculuğunda kı məqamını bir
    xalq, millət və dövlət kimi milli dirçəlişimizdəki rolunu məhz etnik özünü təşkil
    mexanizmi kimi dəyərləndirən Ulu öndər Heydər Əliyev bu bayramı milli ideologiyanın ana sütunu kimi əbədiləşdirmişdir.
    Novruz bayramı sovet birliyi dövründə rəsmən yasaq edilsə də, ümummilider Heydər
    Əliyevin milli ənənə və dəyərlərə daxilən möhkəm bağlılığı bu bayramın xalq
    arasında sevilərək yasadılmasını təmin etmişdir. Ötən əsrin 70 - ci illərində isə
    Novruz bayramı ilk dəfə olaraq məhz ulu öndərin xeyir-duası ilə rəsmən qeyd
    olunmuş, televiziya ilə yayımlanmışdır. Ümumxalq  bayramı yüksək səviyyədə Azərbaycan xalqının
    milli ruhunu yüksəldir,milli irsə tarixə böyük məhəbbət yaradır,özünü dərki
    gücləndirir. Novruz adət -ənənələri o dövrdə çəkilmiş filmlərdə də özünə yer
    tapırdı. Hər dəfə "Dəli kür" və "7 oğul istərəm" filmlərini
    seyr edəndə Novruzun necə təbliğ olunduğunu əyani şəkildə görürük. Bəli, məhz müdrik rəhbərin qayğısı ilə o illərdə
    qorunub saxlanılan milli-mənəvi dəyərlər sonralar Azerbaycan xalqının dövlət
    müstəqilliyinin bərpasında müstəsna rol oynamışdı.

    Ulu öndərin Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə
    Respublika rəhbərliyinə qayıdışından sonra Xalqımız Novruz bayramını yüksək əhval
    ruhiyyədə qeyd etməyə başladı. Ulu öndər 1994- cu ilin yazından başlayaraq hər
    il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi, ümumxalq şənliklərinə
    qatılaraq xalqımıza iki qat Sevinc yaşatdı.

     
    Hər bir məsələdə ulu öndərin ideyalarına tapınan Azərbaycan Prezidenti İlham Əliyev milli mədəniyyətin, mənəvi
    dəyərlərərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı
    siyasəti də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin
    xalqımıza Novruz təbrikində bu mövqe bir daha aydın görünməkdədir. Bu bayramı
    müqəddəs milli irs hesab edən, bayramın bütün adət - ənənələrinə dəyər verən və
    hörmətlə yanaşan dövlət başçımız hər zaman Novruzun yüksək səviyyədə qeyd
    olunmasına dəstək vermiş, maddi və mənəvi 
    dayaq olmuşdur. Cənab prezident Novruzun ən ali bəşəri keyfiyyətləri
    özündə birləşdirən, böyük mənəviyyat və hikmət xəzinəsi olaraq tarixi mədəni
    irsə bağlılığımızı parlaq nümayiş etdirən bir bayram olduğunu daima qeyd
    etmişdir.

    Heydər Əliyev Fondunun Prezidenti
    YUNESKO və İSESKO-nun xoş məramlı səfiri Milli Məclisin deputatı Mehriban xanım
    Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində 2009 - cu il sentyabr 30- da Novruz
    YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
    Azerbaycanin təşəbbüsü ilə 23 fevral 2010-cu ildə isə BMT - Baş Assambleyasının
    64 - cü sesiya iclasında mart ayının 21 - i Beynəlxalq Novruz günü elan
    edilmişdir.Elə həmin tarixdən bu günə qədər xalqımız bu bayramı daha da ənənəvi
    şəkildə qeyd etməyə başlamışdır. Ağbirçək nənələrimiz, ağsaqqal babalarımız bu
    bayramın adət - ənənələrini gənc nəsillərə öyrədərək onların yaddan çıxmamasına
    gələcək nəsillərə ötürülməsinə çalışmışlar. 


    Mən arzu edirəm ki,gələcək nəsillərdə bu bayramı xoş ovqatla, xoş əhval
    - ruhiyə ilə qeyd etsinlər, yurdum, vətənim həmişə bahar təravətli, bahar
    ovqatlı olsun, xalqımızın üzündən bahar gülüşü, bahar sevinci heç vaxt əskik
    olmasın.

      Rəqsanə İsmayılova,

     
    Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib166 dəfə
    Yurdumuza bahar gəlir

    Maraqlı gələ bilər
    58
    198
    63
    60